“Ağdamın bərpası bütün türk xalqları üçün böyük hadisə olacaq” - Bağdat Amreyev

“Ağdamın bərpası bütün türk xalqları üçün böyük hadisə olacaq” - Bağdat Amreyev

Hazırda oxunan: “Ağdamın bərpası bütün türk xalqları üçün böyük hadisə olacaq” - Bağdat Amreyev

8803

Bu gün dağıdılmış Ağdamı ziyarət etdik. Bu torpaq öz həqiqi sahibini, Azərbaycan xalqını gözləyirdi. Allaha şükürlər olsun ki, bu Azərbaycan torpaqları azad olunub. İndi iqtisadi, mədəni dirçəliş dövrü başlanır.

Bizim.Media xəbər verir ki, bu sözləri yanvarın 17-də jurnalistlərə müsahibəsində Ağdam şəhərinin dağıntıları ilə tanış olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdat Amreyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər dini abidələri dağıtmaqla bütün bəşəriyyəti təhqir edib - TÜRKSOY-un baş katibi


"Ağdam həm iqtisadi, həm də mənəvi cəhətdən Azərbaycanın ən mühüm rayonu idi. Ona görə də düşünürəm ki, Ağdamın bərpası təkcə Azərbaycan üçün yox, bütün türk xalqları üçün böyük bir hadisə olacaq.

Onlar bu müharibə və otuzillik işğal dövründə həmişə qardaş Azərbaycan xalqının yanında olublar. Azərbaycan xalqını, onun lideri İlham Əliyevi qələbə münasibətilə təbrik edirəm.

Bu qələbə təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qələbəsidir", - deyə Bağdat Amreyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO