“Həyat yoldaşımı bir çoxları tanıyır. Hamı bilir ki, gözəl ailəm, övladlarım var”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.
Aparıcı Zaur Kamalın “Hər zaman fotolarda ərinin üzünü deyil, əlini, qolunu paylaşırsan” sözlərinə sənətçi belə cavab verib.
“Hər zaman sənətimlə, səsimlə tanınmışam. Gündəm üçün həyat yoldaşım haqda yazırlar. Deyirlər ki, “əlini, qolunu çəkib, paylaşıram”. Onsuz da hamı bilir ki, o, həyat yoldaşımdır. Kimin əri yoxdur ki, hamının əri var. Həyat yoldaşım üzünün görünməsini istəmir”.
Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk evliliyindən Günel adlı qızı var. Daha sonra boşanan sənətçi Həci adlı şəxslə ailə qurub. Cütlüyün bu nikahdan Əli adlı oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:01 / 09.08.2022
Şəbnəm Həcisindən danışdı: “O, üzünün görünməsini istəmir” – VİDEO
Hazırda oxunan: Şəbnəm Həcisindən danışdı: “O, üzünün görünməsini istəmir” – VİDEO
Hazırda oxunan: Şəbnəm Həcisindən danışdı: “O, üzünün görünməsini istəmir” – VİDEO
87683
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.