Səfərbərlikdən tərxis edilən 1 953 hərbçi qəbul edilib - MN

Səfərbərlikdən tərxis edilən 1 953 hərbçi qəbul edilib - MN

Hazırda oxunan: Səfərbərlikdən tərxis edilən 1 953 hərbçi qəbul edilib - MN

8764

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Bu barədə Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiyaya 6 gün ərzində 1 751 vətəndaş müraciət edib. Müraciətlərin həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 202 müraciətə baxılıb.

Komissiya tərəfindən həftə ərzində cəmi 1 953 vətəndaş qəbul edilib və müraciətləri qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO