Şəhid, şəhid ailəsi üzvləri və müharibə əlillərilə bağlı YENİLİK

Şəhid, şəhid ailəsi üzvləri və müharibə əlillərilə bağlı YENİLİK

Hazırda oxunan: Şəhid, şəhid ailəsi üzvləri və müharibə əlillərilə bağlı YENİLİK

87515

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları ilə “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” və “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Qərarlar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli Fərmanlarının icrasının təmin edilməsi məqsədilə qəbul edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid və şəhid ailəsi statusu ilə bağlı YENİLİK


Yeni qaydalara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində müharibə veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrləri elektron formada aparılacaq.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, reyestrin əsas təyinatı şəhidlər, şəhid ailəsi üzvləri, müharibə əlilləri və veteranları barədə vahid informasiya bazasının yaradılması, onlarla əlaqədar müvafiq məlumatların toplanılması, işlənməsi, saxlanılması və axtarışının avtomatlaşdırılmasıdır.

Şəhidlər, şəhid ailə üzvləri, müharibə əlilləri və veteranlarının elektron qaydada vahid informasiya bazasının yaradılması gələcəkdə müvafiq kateqoriyalardan olan şəxslərin dövlət orqanlarına müraciətləri zamanı statuslarının real vaxt rejimində operativ müəyyənləşdirilməsinə şərait yaradacaq, sosial təminat hüquqlarına çevik və proaktiv qaydada baxılmasına imkan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO