Beyləqan rayonunda arvadını öldürməyə cəhd edən 1940-cı il təvəllüdlü Nuru Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Oruc Cəlilovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 16-na təyin olunub.
İttihama görə, hadisə bu il aprelin 7-də baş verib.
Beyləqan rayon sakini, 1941-ci il təvəllüdlü Dilarə Həsənovanın yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Məlum olub ki, o, əri Nuru Həsənov ilə mübahisə edib. Nuru çəliklə Dilarənin başına və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Nuru Həsənovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:59 / 08.08.2022
Beyləqanda 82 yaşlı kişi 81 yaşlı arvadını çəliklə döydü - MƏHKƏMƏ
Hazırda oxunan: Beyləqanda 82 yaşlı kişi 81 yaşlı arvadını çəliklə döydü - MƏHKƏMƏ
Hazırda oxunan: Beyləqanda 82 yaşlı kişi 81 yaşlı arvadını çəliklə döydü - MƏHKƏMƏ
87468
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.