Gənclər və idman naziri məşhur idmançını qəbul etdi

Gənclər və idman naziri məşhur idmançını qəbul etdi

Hazırda oxunan: Gənclər və idman naziri məşhur idmançını qəbul etdi

87013

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın məşhur MMA döyüşçüsü Rafael Fiziyevi qəbul edib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, 29 yaşlı idmançını ölkə bayrağı altında qazandığı ilk qələbəsi münasibətilə təbrik edən F.Qayıbov onun bu uğurunun gənclər arasında MMA idman növünə marağı daha da artıracağına inandığını bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Fiziyev Azərbaycanı təmsil etməkdən qürur duyduğunu söyləyib və bundan sonrakı döyüşlərə hazırlığı barədə məlumat verib.

Qeyd edək ki, Rafael Fiziyev ötən ay Mütləq Döyüş Çempionatındakı (UFC) növbəti görüşündə braziliyalı Rafael dus Anyusa nokautla qalib gəlib. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO