Qaxda yol polisi sürücü və sərnişinlərə kömək etdi – FOTO

Qaxda yol polisi sürücü və sərnişinlərə kömək etdi – FOTO

Hazırda oxunan: Qaxda yol polisi sürücü və sərnişinlərə kömək etdi – FOTO

86598

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları havaların isti keçməsi ilə əlaqədar sürücülərin iş və istirahət rejiminə, eləcə də onların sağlamlığına nəzarəti gücləndiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə keçirilən belə tədbir zamanı rayonun bir neçə yerində, xüsusilə də turistlərin daha çox üz tutduğu məkanlara gedən yollarda müvəqqəti postlar yaradılıb. 

Günün qızmar vaxtlarında avtomobil, xüsusilə avtobus və mikroavtobus idarə edən sürücülər saxlanılaraq onların istirahət etməsinə şərait yaradılıb.
Yol polisi əməkdaşları sürücülərə və nəqliyyat vasitəsində olan sərnişinlərə sərin su paylayıb, onların səhhətləri ilə maraqlanıblar.

İsti havanın təsirindən özünü halsız hiss edənlər, səhhətində problem olanlar elə yerindəcə həkim nəzarətindən keçirilib, onlara tibbi yardım göstərilib. Yol polisi isti havalarda sürücülərə yollarda diqqətli olmaları, hərəkəti birdəfəlik deyil, fasilələrlə davam etməyi məsləhət görüblər. Bunun həm onlar, həm də sərnişinlərin həyatı üçün vacib olduğu bildirilib.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO