Dövlət büdcəsində bir sıra vergi, qeyri-vergi gəlirləri artırıldı

Dövlət büdcəsində bir sıra vergi, qeyri-vergi gəlirləri artırıldı

Hazırda oxunan: Dövlət büdcəsində bir sıra vergi, qeyri-vergi gəlirləri artırıldı

86581

Azərbaycanın 2022-ci il üzrə dövlət büdcəsinin yenidən baxılan gəlirlərində bir sıra vergi, qeyri-vergi gəlirləri və tədiyyə növləri üzrə gəlirlər artırılıb.

Bizim.Media Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hüquqi şəxslərin mənfəət vergisi yenidən baxılmaqla 2,670 mlrd. manatdan 5,290 mlrd. manata kimi (fərq 2,620 mlrd. manat), əlavə dəyər vergisi 5,278 mlrd. manatdan 5,718 manata kimi( fərq 440 mln. manat), Azərbaycana malların idxalına görə əlavə dəyər vergisi 2,910 mlrd. manatdan 3,085 mlrd. manata kimi (fərq 175 mln.) artırılıb.

Büdcə gəlirlərində gömrük rüsumları 150 mln. manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 74 mln. manat, sadələşdirilmiş vergi 35 mln. manat, malların idxalına görə aksiz, yol vergisi və Azərbaycana idxal olunan yanacağa görə və xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisinin hər biri üzrə 10 mln. manat, aksiz üzrə 9,9 mln. manat artırılıb.
Büdcə gəlirlərinə yenidən baxılarkən məqsədli büdcə fondlarının 183 mln. manatlıq qalığı nəzərə alınıb. Əvəzində Dövlət Neft Fondundan transfertlər isə 1,192 mlrd. manat azaldılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO