FHN dağlıq-meşəlik ərazidə azan 3 nəfəri xilas etdi

FHN dağlıq-meşəlik ərazidə azan 3 nəfəri xilas etdi

Hazırda oxunan: FHN dağlıq-meşəlik ərazidə azan 3 nəfəri xilas etdi

85985

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Nohurqışlaq kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə 3 nəfərin yolu azaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bizim.Media FHN-nə istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN tərəfindən həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaşların olduğu yer müəyyən olunub, onların xilasedicilərin müşayiəti ilə təhlükəsiz əraziyə təxliyəsi təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO