Arvadı Ancelinaya məhkəmədə uduzan Bred 40 milyona malikanə aldı – FOTO

Arvadı Ancelinaya məhkəmədə uduzan Bred 40 milyona malikanə aldı – FOTO

Hazırda oxunan: Arvadı Ancelinaya məhkəmədə uduzan Bred 40 milyona malikanə aldı – FOTO

85711

Hollivudun parlaq aktyoru Bred Pitt dəniz sahilində 40 milyon dollara yeni malikanə alıb.

Bizim.Media “Daily Mail”ə istinadən xəbər verir ki, aktyorun 1918-ci ildə tikilmiş yeni malikanəsi Kaliforniyanın Karmel dağlıq qayalığında yerləşir və zəngin tarixə malikdir. 

Onun layihəsini 20-ci əsrin məşhur memarı Çarlz Sammer Qrin hazırlayıb və bu villada məşhur Amerika yazıçısı Daniel Ceyms yaşayıb. 1999-cu ildən malikanə bu ilin əvvəlində vəfat edən iş adamı Cozef Riçi ilə əlaqəli olan “Searock” şirkətinə məxsus olub.  

Ev qumdaşı və qranitdən tikilib, tağlı pəncərələri və damı “Aralıq dənizi stili” kafellə bəzədilib. Nəşrin məlumatına görə, Pitt belə evlərin böyük pərəstişkarıdır. 

Xatırladaq ki, bu ilin may ayında Bred Pitt və Ancelina Colinin evlilikləri zamanı yaşadığı Nyu-Yorkdakı malikanə satışa çıxarılıb. Alıcının adı məlum deyil, əmlak 13,6 milyon dollara satılıb. 

Bundan savayı Bred Pitt keçmiş həyat yoldaşı Cennifer Enistona birlikdə yaşadıqları Beverli Hillsdəki malikanəni 50 illik yubileyi üçün hədiyyə edib. Bu barədə isə insayderlər bu ilin mayında məlumat vermişdirlər.

Baxmayaraq ki, ağılları qarışdıran hədiyyə hadisəsi 2019-cu ildə baş vermişdi. Aktrisa evi almadığına görə çox peşman olub və Pitt ona sürpriz etmək qərarına gəlib. O, evi tamamilə alıb və aktrisanın mülkiyyət hüququnu rəsmiləşdirib. 
Qeyd edək ki, B.Pitt bir müddət əvvəl keçmiş həyat yoldaşı, aktrisa Ancelina Coli ilə fransız şərab zavodu “Chateau Miraval”a görə yenidən məhkəməlik olub. Məhkəmənin çıxardığı qərar isə Pittin deyil, Colinin lehinə çıxarılıb.  

Rəşad Əliyev, Bizim.Media





























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO