AZAL 1,8 mln. manatlıq üç helikopterini hərraca çıxaracaq

AZAL 1,8 mln. manatlıq üç helikopterini hərraca çıxaracaq

Hazırda oxunan: AZAL 1,8 mln. manatlıq üç helikopterini hərraca çıxaracaq

85702

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) balansında olan üç Airbus helikopteri sentyabrın 1-i tarixində hərraca çıxarılacaq. 

Əmlak Məsələləri Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hərracda çıxarılacaq helikopterlərin ikisi 2005-ci il istehsalı olan EC-155B1 markalı, biri isə 2009-cu il istehsalı olan EC-135P2 markalı helikopterlərdir.

Hər üç helikopterin start qiyməti 1,8 mln. manat təşkil edir. 

Hərracda iştirak etmək üçün sifariş verən (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəyən) şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO