Ödəmə aparatlarının təhlükəsizliyi necə qorunur? - FƏRQLİ FİKİRLƏR VAR

Ödəmə aparatlarının təhlükəsizliyi necə qorunur? - FƏRQLİ FİKİRLƏR VAR

Hazırda oxunan: Ödəmə aparatlarının təhlükəsizliyi necə qorunur? - FƏRQLİ FİKİRLƏR VAR

8536

Xəbər verdiyimiz kimi, naməlum şəxslər Balakəndə iki mağazada “E-manat” və “MilliÖn” ödəmə aparatlarını sındıraraq içərisində olan 9000 manata yaxın pulu götürüblər və müşahidə kamerasının yaddaş qurğusunu da özləri ilə aparıblar. 

Belə olan halda indi sahibkarları bir sualın cavabı maraqlandırır: ödəmə aparatlarının və bankomatların təhlükəsizliyi necə qorunmalıdır?   

Bizim.Media-ya açıqlamasında ekspert Fuad İbrahimov dedi ki, çəkiliş kameraları aparat olan ərazilərdə yerləşdirilməlidir:
 

MÖVZU İLƏ BAĞLI:

“Bitcoin”in dəyəri 500 min dollar olacaq – PROQNOZ


“Bu hadisələr əsasən insanların az olduğu yerlərdə baş verir. Buna qarşı vahid bir mübarizə üsulu yoxdur. Azərbaycanda bu aparatlar daha güvənli yerlərdə qoyulur. Yeganə təhlükəsizlik tədbiri kimi aparatların üzərinə videokamera quraşdırılmalıdır”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də məsələyə münasibət öyrəndik:

“Əməkdaşlarımız hər zaman asayişin keşiyində dururlar və ictimai təhlükəsizliyi təmin edirlər. Hər hansı xoşagəlməz bir fakt aşkarlanırsa, o məsələ barədə dərhal qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlər görülür. Hər bankomatın və ödəmə aparatının qarşısına bir polis əməkdaşı qoymaqla məsələnin 100% təhlükəsizliyini təmin etmək olar. Lakin bankomatların sayı bilinmədiyi üçün bu, mümkün deyil”.

Bankomatların təhlükəsizliyindən danışan “Azərtürk” Bankının mətbuat katibi Rauf Ağayev vurğuladı ki, banklar bankomatlarını daha güvənli yerlərdə  yerləşdirirlər: 

“Güvənli yer dedikdə, əhalinin daha çox gur olan yerlərindən söhbət gedir. Bankomatlara dələduzlar xüsusi qurğu yerləşdirirərək məbləği digər karta köçürürlər. Buna “Skimer” əməliyyatı deyirlər. Buna görə də banklar bankomatlara xüsusi “antiskimer” qurğuları əlavə edirlər. Bundan başqa bankomatlardakı kameralarımız bütün əməliyyatları qeydə alır”.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO