İzləyicilər Namiqi \

İzləyicilər Namiqi \"kor-peşman\" etdilər: \"Ailələr buna görə dağılır\" - VİDEO

Hazırda oxunan: İzləyicilər Namiqi \"kor-peşman\" etdilər: \"Ailələr buna görə dağılır\" - VİDEO

85195

"İstəyirdim işim asanlaşsın, əksinə çətinləşdi. 30 saniyəlik videomüraciətimdə demişəm Azərbaycanda çəkilən klipləri yazın. Yazılanların əksəriyyəti xaricdə çəkilənlərdir. Bizim bir-birimizi başa düşməmək məsələmiz var".

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkə hesabında paylaşdığı növbəti videomüraciətində deyib.

Sənətçi izləyicilərindən gələn mesajlardan məyusluq hissi keçirdiyini dilə gətirib.

"Qarşımdakı nə deyir fərq etməz, əsas mən deyim. Bu, cəmiyyətimizdə böyük problemdir. Hətta ailələr də buna görə dağılır: kişi-qadın bir-birini başa düşmür. Hərə öz fikrini deyir... İctimai nəqliyyatda da insanların əlbəyaxa olduğunu görürük. Bu, məni təəssüfləndirdi və işimi artırdı.

Bu klipi çəkəndə buna görə icazə almaq çox çətindir. Bir çox ulduzlar icazə istəyib, amma imtina cavabı alıblar".

Qeyd edək ki, bir neçə gün əvvəl N.Qaraçuxurlu sosial şəbəkə hesabında izləyicilərə Xəzər dənizində yaxtada klip çəkdirən ifaçının olub olmaması ilə bağlı videomüraciət vasitəsi ilə sual ünvanlamışdı.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO