Uşaq ölümlərinin qarşısının alınması üçün göstəriş verildi

Uşaq ölümlərinin qarşısının alınması üçün göstəriş verildi

Hazırda oxunan: Uşaq ölümlərinin qarşısının alınması üçün göstəriş verildi

84892

Azərbaycanda uşaq ölümü üzrə müvafiq göstəricinin hər il 0,1 vahid azaldılaraq dövrün sonuna 10,5-ə düşməsi təmin ediləcək. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb. 

Sənəddə bildirilib ki, uşaq ölümü (5 yaşadək uşaqlar), (hər 1000 nəfər diri doğulanların ümumi sayına nisbəti 11,1-dir (2020-ci il). Uşaq ölümü üzrə müvafiq göstərici 11-dir. 

Uşaqlara göstərilən tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin yaxşılaşdırılması üçün ixtisaslaşmış tibb mərkəzlərinin və ya tibb bölmələrinin kadr potensialının, infrastruktur imkanlarının və tibbi təchizat sisteminin gücləndirilməsi əsas fəaliyyət istiqaməti kimi müəyyənləşib. 
Eyni zamanda dövrün sonuna uşaqların 95%-nin peyvəndlərlə əhatə olunması planlaşdırılır. Hazırda uşaqların 87 %-i peyvəndlə əhatə olunub. 

Əsas icraçı qurum Səhiyyə Nazirliyi, digər icraçı isə İqtisadiyyat Nazirliyidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO