\

\"Qurd\"un xanımı ilk övladının görüntülərini paylaşdı - FOTO

Hazırda oxunan: \"Qurd\"un xanımı ilk övladının görüntülərini paylaşdı - FOTO

84677

Xəbər verdiyimiz kimi, bir neçə həftə əvvəl “Qurd” ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminovun pianoçu həyat yoldaşı Leyla Namazzadə ana olub.   

Bizim.Media xəbər verir ki, musiqiçi sosial şəbəkə hesabında körpə qızının ilk fotolarını paylaşıb. 

Leylanın yayımladığı şəkillərin birində isə həyat yoldaşı “Qurd”un qucağında qızı əks olunub. O, fotoya “Sevirəm axı sizi” şərhini yazıb. 

Qeyd edək ki, Fərid Eminovla evli olan Leyla Namazzadə məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.    

Fəridin isə bu ikinci evliliyidir. Belə ki, repçi 6 ilə yaxındır ki, həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var.   

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO