TƏBİB-dən jurnalistlərə kreativ HƏDİYYƏ - FOTO 

TƏBİB-dən jurnalistlərə kreativ HƏDİYYƏ - FOTO 

Hazırda oxunan: TƏBİB-dən jurnalistlərə kreativ HƏDİYYƏ - FOTO 

84515

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) təşəbbüsü ilə Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün tədbir təşkil olunub. 

Bizim.Media xəbər verir ki, tədbirdə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydaları, tibb müəsssisələrində sığorta göndərişləri, ilkin tibbi yardım qaydaları üzrə simulyasiya və digər məsələlərlə bağlı təlim-müzakirə aparılıb.  

Tədbir zamanı jurnalistlər yoqa-mediatasiya prosesinə də cəlb olunublar. 

Daha sonra media nümayəndələri TƏBİB-lə səmərəli əməkdaşlığa və tibb sahəsində yeniliklərin işıqlandırılmasına verdikləri dəsəyə görə qurumun İdarə Heyətinin sədri Vüqar Qurbanov və Media İnkişafı Agenliyinin rəhbəri Əhməd İsmayılov tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Təltif olunanlar arasında Bizim.Media-nın əməkdaşı Alçina Amilqızı da var.  

Onu da qeyd edək ki, TƏBİB ilk dəfə media mənsubları üçün kreativlik nümayiş etdirib. Belə ki, təltif olunan jurnalistlərin hər birinin Şuşada həkim obrazında canlandırılmış əl işindən ibarət fotostendi hazırlanıb. Tədbirin sonunda onların hər birinə aid fotostendi özlərinə təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO