Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən XI Dünya Oyunlarında qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, 91 kq-dan yuxarı çəki dəcərəsində çıxış edən idmançı finalda xorvatiyalı Anto Şiriçə qalib gəlib - 3:0.
Rəcəbzadə yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub etmişdi. Kikboksçunun 1/4 final mərhələsindəki rəqibi monteneqrolu Miroslav Vuyoviç rinqə çıxmayıb.
Qeyd edək ki, bu, Dünya Oyunlarında Azərbaycanın ikinci medalıdır. Daha əvvəl aerodans komandası bürünc medala sahib çıxıb. Azərbaycan hazırda medal əyarına görə 33-cü, medal sayında isə 37-ci pillədə qərarlaşıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:08 / 15.07.2022
Kikboksçumuzdan Dünya Oyunlarında QIZIL MEDAL
Hazırda oxunan: Kikboksçumuzdan Dünya Oyunlarında QIZIL MEDAL
Hazırda oxunan: Kikboksçumuzdan Dünya Oyunlarında QIZIL MEDAL
83781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.