Ceyhun Bayramov Pakistanlı həmkarı ilə görüşdü - FOTO

Ceyhun Bayramov Pakistanlı həmkarı ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Pakistanlı həmkarı ilə görüşdü - FOTO

8368

Pakistanda səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov həmkarı Şah Mahmud Hüseyn Qureyşi ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.

Qeyd edilib ki, görüş zamanı ikitərəfli münasibətlər və müxtəlif sahələrdə əməkdaşlığın təşviqi daxil olmaqla qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Qureyşi, Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi münasibətilə təbriklərini çatdırıb.

C.Bayramov, Pakistan rəhbərliyinə və həmkarına son günlər Azərbaycan və Ermənistan məsələsində göstərdikləri hərtərəfli dəstəyinə görə təşəkkür edib.

Nazirlər ticarət, kənd təsərrüfatı, təhsil, sənaye və texnologiya sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə səylər göstərməyə dair razılığa gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO