“ABŞ üçün Türkiyə Ermənistandan daha önəmlidir” – Piter Teys

“ABŞ üçün Türkiyə Ermənistandan daha önəmlidir” – Piter Teys

Hazırda oxunan: “ABŞ üçün Türkiyə Ermənistandan daha önəmlidir” – Piter Teys

83580

“Regional əməkdaşlıq ABŞ-ın Cənubi Qafqaz regionu ilə bağlı xarici siyasətinin ən mühüm elementidir. Türkiyə dünyanın 15 ən böyük iqtisadiyyatından biridir və NATO-nun ən mühüm üzvüdür. Türkiyə-Ermənistan arasında əlaqələrin normallaşması regionun bütün ölkələri üçün iqtisadi cəhətdən faydalı olacaq”.

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada söyləyən amerikalı ekspert Piter Teys Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında Azərbaycan faktorunun başlıca rol oynadığını diqqətə çatdırıb:

“Məhz Azərbaycanın suveren ərazilərini işğal etdikdən sonra, Türkiyə Ermənistanla olan sərhədlərini bağladı. Uzun illər ərzində Ermənistan tranzit ölkə kimi sahib olduğu imkanlardan istifadə edə bilmədi. Görünən odur ki, Ermənistanın iqtisadi və tranzit əhəmiyyətinin artmasında həlledici faktor Azərbaycandır. Çünki Azərbaycanın ən uzun sərhədi Ermənistanladır və neft ölkəsi kimi Azərbaycan neftinin Avropaya nəqlində iştirak etməsi Ermənistanı hazırda yaşadığı iqtisadi tənəzzüldən qurtara bilər”.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan Türkiyə ilə danışıqlarda səmimi deyil” - Amerikalı ekspert gizlinləri açdı 


Rəsmi Vaşinqtonun bölgədəki maraqlarını izah edən ekspert bildirib ki, ABŞ üçün Türkiyə ilə qurduğu münasibətlər Ermənistandan daha önəmlidir:

“Vaşinqton Ankara ilə münasibətlərinə böyük əhəmiyyət verir və prezident Bayden son illərdə Türkiyə prezidenti ilə yaxın şəxsi münasibətlər qurub. Regionun iqtisadi artımında Ermənistanın da rolu vacibdir və İrəvanın əməkdaşlığı zəruridir. Lakin bu illər ərzində Türkiyə mehriban qonşuluq münasibətlərinin qorunub saxlanması üçün bütün səylərini əsirgəmədi. Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmağa səslədiyi bir vaxtda Ermənistan buna nail ola bilmədi. Türkiyə hazırda Avropa və Asiyada böyük geosiyasi oyunçudur. Vaşinqton Türkiyənin bu əhəmiyyətini dərk edir və Türkiyə hökuməti ilə əlaqələr qurmaq üçün hər cür səy göstərir”.

Amerikanın hər vəchlə Rusiyanı regiondan çıxarmaq cəhdlərinə gəlincə isə amerikalı ekspert açıqlamasında yaxın zamanda bunun baş tutmayacağını bildirib:

“İqtisadiyyatı zəiflədiyi və Ukraynadakı müharibədə milyardlar itirdiyi bir vaxtda da Rusiya regionda əsas oyunçu olmağa davam edəcək. Rusiya hazırda Avrasiyada aparıcı gücdür və Qara dəniz ölkələri ilə yaxşı münasibətlərə malikdir”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO