Su quyusundan qızıl tapılması ilə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB

Su quyusundan qızıl tapılması ilə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB

Hazırda oxunan: Su quyusundan qızıl tapılması ilə bağlı DİN-dən AÇIQLAMA - YENİLƏNİB

83490

Xəbər verildiyi kimi, Ağcabədi rayonunun Hacılar kəndində su quyusu qazılarkən qızıl aşkar edilməsi iddia edilib.  

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılmış məlumat həqiqəti əks etdirmir: 

“Həmçinin, kənd ərazisində polis əməkdaşları tərəfindən nəzarət postları qurulmayıb”. 

*** 10.45 

Kənddə su quyusu qazılarkən qızıl aşkar edilib. 

Bizim.Media xəbər verir ki, hadisə Ağcabədi rayonunun Hacılar kəndində baş verib. 

Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, kənddə su quyusu qazarkən, qəribə metal parçaları ilə qarşılaşıblar. Daha sonra məlum olub ki, həmin metal parçaları qızıldır. Kənd sakinləri bu barədə dövlətə məlumat veriblər. 

Milli.az-ın məlumatına görə, uzun illər əvvəl həmin kəndin içərisindən Kəlbəcərdən gələn çay keçib. Kəndin ərazisi çökəkdə olduğu üçün dağdan gələn təbii qızıllar kənd ərazisində torpağa hopub.

Hazırda kəndin giriş çıxışına polis postları qoyulub. Köhnə çay yatağında böyük miqdarda qızılın olduğu deyilir. Kənd sakinlərinin həyətindən çıxan qızılın dəyərinin 25 faizinin onlara veriləcəyi məlumatı verilib.
Qeyd edək ki, kəndə gedib, məsələni yerində araşdırmaq istədikdə, polis postlarından kəndə buraxılmadıq.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO