Bərdədə ƏMƏLİYYAT: Saxlanılanlar var

Bərdədə ƏMƏLİYYAT: Saxlanılanlar var

Hazırda oxunan: Bərdədə ƏMƏLİYYAT: Saxlanılanlar var

83060

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.  

Daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş - Emin Qəhrəmanov və Anar Əhmədov saxlanılıblar.  

E.Qəhrəmanovun evindən 48 qramdan artıq heroin, 24 qramdan artıq metamfetamin və marixauana, A.Əhmədovun evindən isə külli miqdarda heroin və metamfetamin aşkar olunaraq götürülüb.  
Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO