"Qarabağ" - "Lex" matçına nə qədər bilet satılıb?

Hazırda oxunan: "Qarabağ" - "Lex" matçına nə qədər bilet satılıb?

83018

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə (Poznan, Polşa) Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcəyi ev oyununa bilet satışı davam edir. 

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, görüş üçün indiyədək 9500 bilet satılıb. 

Sözügedən oyuna biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 10, 20 və 50 manat təşkil edir.

Biletləri "Iticket.az"ın satış məntəqələrindən (11:00-dan 20:00-dək) və onlayn şəkildə, həmçinin, Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan (11:00-dan 20:00-dək), matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar. 

Mərkəzi arenanın kassalarında bilet satışı ötən gün saat 15:00-da başlayacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək olacaq.

Qeyd edək ki, iyulun 12-də oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş "Lex"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO