İrandan Şuşa ilə bağlı növbəti TƏXRİBAT – FOTOFAKT 

İrandan Şuşa ilə bağlı növbəti TƏXRİBAT – FOTOFAKT 

Hazırda oxunan: İrandan Şuşa ilə bağlı növbəti TƏXRİBAT – FOTOFAKT 

82934

İranlı siyasi şərhçi və tədqiqatçı Salar Seyfəddini adlı şəxs Azərbaycana qarşı təxribat xarakterli hərəkəti ilə yadda qalıb. 

Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, o öz tvitter hesabından İran paytaxtının küçələrindən birinə verilən Azərbaycanın Şuşa şəhərinin təhrif edilmiş “Şuşi” adının fotosunu “Shusi” həştəqi ilə paylaşıb. 

Qeyd edək ki, əslən Təbrizdən olan S. Seyfəddini daim anti-Azərbaycan və anti-Türkiyə çıxışları və yazıları ilə gündəmə gəlib. 

Ümumilikdə isə Azərbaycana qarşı qərəzli və əsassız təhlil yazıları ilə tanınan bu “siyasi şərhçi”nin İran-Azərbaycan əlaqələrinin yenicə normal məcraya düşdüyü bir vaxtda belə təxribat xarakterli paylaşımlara əl atması düşündürücüdür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO