Rusiya-Ukrayna müharibəsi hansı halda dayana bilər? – MÜSAHİBƏ

Rusiya-Ukrayna müharibəsi hansı halda dayana bilər? – MÜSAHİBƏ

Hazırda oxunan: Rusiya-Ukrayna müharibəsi hansı halda dayana bilər? – MÜSAHİBƏ

82384

“Dərhal atəşkəs və Rusiya qoşunlarının Ukraynadan çıxarılması, oğurlanmış vətəndaşların geri qaytarılması, hərbi cinayətkarların ekstradisiyası, təzminat mexanizmi və Ukraynanın suveren hüquqlarının tanınması baş tutmalıdır. Bu zaman müharibə dayanar”.

Bu fikirləri son vəziyyətlə bağlı Bizim.Media-nın suallarını cavablandıran Ukrayna Ali Radasının deputatı, “Xalqın xidmətçisi” parlament fraksiyasının təmsilçisi Lyudmila Marçenko səsləndirib.

- Təbii ki, Rusiyanın Ukraynaya təcavüzünü xarici mediadan izləyirik. Müharibə uzun müddətdir ki, davam edir. Mövcud vəziyyətlə bağlı məlumat verməyinizi xahiş edirəm.

- Ukrayna və ukraynalıların taleyi ilə bağlı suallarınıza və narahatlığınıza görə sizə səmimi qəlbdən minnətdaram.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynadakı hərbi əməliyyatların XƏRİTƏSİ - FOTO


Cəbhədə və hərbi əməliyyatlarla bağlı bütün hadisələr Ukrayna Baş Qərargahı, Müdafiə Nazirliyi və təbii ki, Ukrayna Prezidentinin Aparatı kimi rəsmi kanallarda daim işıqlandırılır. Başqa bir şey əlavə edə biləcəyimi düşünmürəm.

- Mən bilirəm ki, bir çox ölkələr Ukraynaya silah idxal etməyə davam edir. Onların arasında müasir silahlar da var. Yeni silahdan istifadə etməkdə çətinlik varmı?

- Bəli, dost ölkələrdən silah alırıq, buna görə onlara çox təşəkkür edirik! Bu, bütün ukraynalıların həmişə xatırlayacağı əvəzsiz dəstəkdir və bu ölkələr ölkəmizin tarixinə mütləq düşəcəklər. Sualın ikinci hissəsinə gəlincə - elə bir çətinlik yoxdur, birincisi, əsgərlərimiz xüsusi hazırlıq keçir, ikincisi, bizdə təkcə əsgər yox, kiborqlarımız var!

- Hansı şəraitdə müharibə hər iki tərəfdən bitə bilər?

- Bu, Ukrayna prezidentinə və danışıqlar qrupunun nümayəndələrinə verilməli olan ağlabatan sualdır, lakin bizim şərtlərimiz qəti olaraq dəyişmir: dərhal atəşkəs və Rusiya qoşunlarının Ukraynadan çıxarılması, oğurlanmış vətəndaşların geri qaytarılması, hərbi cinayətkarların ekstradisiyası, təzminat mexanizmi və Ukraynanın suveren hüquqlarının tanınması. Əlbətdə ki, Ukraynanın Qələbəsi!

- Ölkə əhalisinin sayı necə dəyişib?

- Müharibə zamanı əhali necə dəyişə bilər? Daha da gücləndik, daha da sarsılmaz olduq, Birik! Çünki biz Ukraynayıq, Ukrayna isə Qələbədir!

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO