\

\"WhatsApp\"dan yeni xəbər - Söhbətlər gizli qalır

Hazırda oxunan: \"WhatsApp\"dan yeni xəbər - Söhbətlər gizli qalır

8205

"WhatsApp" messencerinin rəhbərliyi yeni məxfilik siyasətinin bu xidmətə sahib olan "Facebook" şirkətinin istifadəçilərinin yazışmalarına və əlaqə siyahılarına daxil olmasına icazə vermədiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə messencerin rəhbərliyi "Twitter" hesabında məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda "WhatsApp" istifadəçilərinin vəziyyəti necə olacaq? - SORĞU


""WhatsApp" və "Facebook" şəxsi mesajlarınızı görmür və zəngləri dinləmir. "WhatsApp" kimin mesaj yazıb, kimə zəng etdiyini izləmir. "WhatsApp" əlaqə siyahınızı "Facebook" ilə paylaşmır. "WhatsApp"dakı qrup söhbətləri gizli qalır", - məlumatda deyilir.

Bundan əvvəl "WhatsApp" istifadəçi müqaviləsini yeniləyərək bu messencerdən istifadə edən hər kəsi "Facebook"la məlumat paylaşmağı məcbur edib.

Xüsusilə şirkət telefon nömrələri, əməliyyatlar və istifadəçilərin IP ünvanları haqqında məlumat yığacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO