Ən qəmgin BÜRCLƏR – Onları ağladan SƏBƏBLƏR 

Ən qəmgin BÜRCLƏR – Onları ağladan SƏBƏBLƏR 

Hazırda oxunan: Ən qəmgin BÜRCLƏR – Onları ağladan SƏBƏBLƏR 

81726

Demək olar ki, bütün insanlar vaxtaşırı kədərlənməyə meyillidir. Bəzən bunun üçün heç əsaslı səbəbin olmasına da ehtiyac yoxdur. 

Bizim.Media xəbər verir ki, astroloqlar bəzi bürclərin daha çox qəmli və depressiyaya yaxın olduğunu iddia edir. 

Ən qəmli 5 bürcü təqdim edirik: 

Buğa 

Emosiyalarına nəzarət etməyi bacarırlar. Çox şeyə neqativ yox, neytral yanaşırlar. Amma buğalar bütün kədərlərini çox ağır yaşayırlar.  

Balıqlar 

Özlərindən çox başqalarının həyatları ilə maraqlanırlar. Həyatlarının yarısını gerçək hisslərini gizlədir, reallıqdan uzaq diləklər tuturlar. Məyusluqlarını gizlətməyə çalışırlar. 

Əkizlər 

Planetin ən xoş əhvallı bürcü həm də ən nisgilliyə çevrilə bilir. Daxili yorğunluq onları depressiyaya salır. Ekspertlər buğaların sakitliyini əkizlərə də tövsiyə edir. 

Xərçəng  

Ən duyğusal, həssas və ağlağan bürcdür. Diqqət çatışmazlığını pis keçirirlər. Onların qayğısına qalmasanız, dərddən çökərlər. 

Oğlaq

Bu bürcün nümayəndələri çox vaxt öz məqsədlərinin tələsinə düşür. Həyatda hər şeyə nail olmaq arzusu oğlaqların daxilindəki mühitdir. Düzdür, onlar öz uğursuzluqlarını həzm etməyi də bacarırlar. Ancaq uğursuzluqlar çox olarsa, bu oğlaqlara çox pis təsir edər. Onlara tez-tez istirahət etmək məsləhətdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO