Zəngəzurdan daşınacaq Azərbaycan mallarından vergi tutulacaqmı? – İRƏVANDAN RƏSMİ CAVAB

Zəngəzurdan daşınacaq Azərbaycan mallarından vergi tutulacaqmı? – İRƏVANDAN RƏSMİ CAVAB

Hazırda oxunan: Zəngəzurdan daşınacaq Azərbaycan mallarından vergi tutulacaqmı? – İRƏVANDAN RƏSMİ CAVAB

81713

Ermənistan ərazisindən tranzitlə Naxçıvana keçən Azərbaycan mallarına vergi tətbiq ediləcək.

Bizim.Media xəbər verir ki, bu fikirləri bugünkü brifinqdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan səsləndirib.

“Sərhəddə mütləq nəzarət olacaq”, - Qriqoryan əlavə edib.

O, qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədlərinin açılması və kommunikasiyaların blokadadan çıxarılması məsələləri həm Moskvada, həm də Brüsseldə müzakirə olunub.

“Ermənistan ərazisindən hər hansı malın İrandan Gürcüstana aparılması üçün istifadə olunan gömrük rüsumu başqa vergi növüdür. Təbii ki, Azərbaycanın mallarına da belə vergi növləri tətbiq olunacaq”, - Qriqoryan bildirib. – “Bu məsələ ilə bağlı müzakirələr davam edir”. 

O, istisna etməyib ki, müasir texnologiyalardan istifadə etməklə tam sərhəd nəzarəti olacaq. Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son bəyanatından sonra “Azadlıq” radiosunun erməni nəşri Azərbaycanı Naxçıvanla birləşdirəcək “sadələşdirilmiş rejim”lə bağlı “sensasion” təfərrüatları dərc edib:

“Ermənistan ərazisinə daxil olan Azərbaycan yüklərini və sərnişinlərini əvvəlcə Rusiya sərhədçiləri, sonra isə Ermənistanın gömrük xidməti yoxlayacaq. Bundan əlavə, hərəkəti ən azı bir rus zabitinin də daxil olduğu Ermənistanın xüsusi mühafizə qrupu müşayiət edəcək”.

Lakin məlumatlı mənbələr deyib ki, “Azatutyun”da dərc olunan informasiya reallığa uyğun gəlmir və yalnız erməni ictimaiyyətini ruhlandırmaq məqsədi daşıyır.

Reallıqda isə Azərbaycanın qərb rayonlarından Naxçıvana gedən Azərbaycan yüklərinin və sərnişinlərinin yalnız Rusiya sərhədçiləri tərəfindən yoxlanılacağı, Ermənistan tərəfindən isə gömrük və sərhəd yoxlamasının təmin edilməməsi ilə bağlı danışıqlar aparılır.
Lakin erməni rəsmiləri hələ də Ermənistan ərazisindən keçəcək tranzit zamanı Azərbaycan yüklərinə vergi tutulmaqla Ermənistanın cüzi büdcəsini doldurmaq arzusundadırsa, o zaman Azərbaycan tərəfi Laçın dəhlizinin girişində Ermənistan yüklərinə vergi tətbiq edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO