Laçın beynəlxalq hava limanı saatda 200 sərnişinə xidmət göstərəcək

Laçın beynəlxalq hava limanı saatda 200 sərnişinə xidmət göstərəcək

Hazırda oxunan: Laçın beynəlxalq hava limanı saatda 200 sərnişinə xidmət göstərəcək

81313

"Laçın beynəlxalq hava limanı saatda 200 nəfər sərnişinə xidmət göstərə biləcək". 

Bizim.Media xəbər verir ki, bunu "AzVirt" MMC-nin baş direktorunun müşaviri Ceyhun Səfərov Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib. 

O, Report.az-a bildirib ki, Laçın beynəlxalq hava limanı Qarabağda inşa olunan sayca üçüncü beynəlxalq hava limanıdır:

"2021-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bu hava limanının təməli qoyulub. Tikinti işlərinin 2024-cü ildə tamamlanması planlaşdırılır". 

C.Səfərov bildirib ki, hava limanının uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metr təşkil edir:

“Perronun sahəsi 50 000 kvadratmetrdir. Hazırda hava limanının ərazisinin hamarlaşdırılması aparılır. Bu da ən çox uçuş-enmə zolağının düşdüyü əraziyə təsadüf edir. Terminalın sahəsi isə 5 000 kvadratmetrdir. Saatda 200 nəfər sərnişinə beynəlxalq standartlara cavab verəcək şəkildə xidmət göstərmək mümkün olacaq. Həmçinin gələcəkdə beynəlxalq uçuşların icrası üçün tam şərait yaranacaq. Hava hərəkətinin idarə etmə qülləsi, transformator otağı, su çəni, qazanxana, nəzarət-buraxılış məntəqəsi və digər yardımçı binaların da layihələndirmə işləri həyata keçirilir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO