Tovuzda evə ildırım düşdü

Tovuzda evə ildırım düşdü

Hazırda oxunan: Tovuzda evə ildırım düşdü

81190

Dünən Tovuzda evə ildırım düşüb.

Bizim.Media yerli bürosunun məlumatına görə, hadisə rayonun Eldəniz Quliyev küçəsi, ikinci dalanda qeydə alınıb.

Güclü yağışdan sonra rayon sakini Elnur Bağırova məxsus evə ildırım düşüb. İldırım nəticəsində, evin dam örtüyü alovlanıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və 15 nəfər canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb, evin digər hissələri yanğından mühafizə olunub. 
Əraziyə təcili tibbi yardım briqadası da cəlb edilib. Hadisə zamanı evdə heç kim olmadığından xəsarət alan olmayıb. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO