Ermənilərin başına bomba “yağdıran” azərbaycanlı pilot: “Bəzi şeylər var ki...” – FOTO

Ermənilərin başına bomba “yağdıran” azərbaycanlı pilot: “Bəzi şeylər var ki...” – FOTO

Hazırda oxunan: Ermənilərin başına bomba “yağdıran” azərbaycanlı pilot: “Bəzi şeylər var ki...” – FOTO

81059

“Hərbi pilotlarımızın hazırlıq səviyyəsi dünyanın heç bir ölkəsindən geridə qalmır. Demək olar ki, istər nəzəri, istərsə də döyüş təcrübəsi baxımdan pilotlarımız yüksək şəkildə qiymətləndirilir”.

Bu fikirləri Hərbi Hava Qüvvələrinin sabiq baş şturmanı, polkovnik Faiq Əliyev bildirib.

Azərbaycan Silahlı Qüvvələr günü ilə əlaqədar olaraq Bizim.Media-nın Qarabağ bürosuna danışan pilot Faiq Əliyev öz növbəsində silahlı qüvvələrin bütün şəxsi heyətini təbrik edib:

“Silahlı Qüvvələrimiz 44 günlük vətən müharibəsində öz əzəmətini bütün dünyaya sübut etdi. Xüsusi ilə həmin savaşda qəhrəman pilotlarımızın da nəzərə çarpacaq qədər böyük zəhməti oldu. Mən bayram günü münasibəti ilə bütün şəxsi heyəti təbrik edir, hər zaman qalib olmağı arzulayıram”. 

Xatırladaq ki, Əliyev Faiq Xanlar oğlu 1969-cu ildə Ağdam rayonun Ətyeməzli kəndində doğulub. O, Ağdam rayon 7 nömrəli orta məktəbi bitirdikdən sonra 1987-ci ildə Çelyabinsk Ali Hərbi Aviasiya məktəbinə qəbul olub.

1991-ci ildə həmin məktəbi bitirir və xidmətə başlayır. Erməni işğalçılarının Azərbaycan ərazilərinə silahlı təcavüzünü eşidən gənc pilot könüllü olaraq Azərbaycana yollanır. Demək olar ki, cəbhənin bütün istiqamətlərinə uçuşlar edərək düşmənə sarsıdıcı avia zərbələr endirib.

Müharibədən sonrakı illərdə isə müxtəlif hərbi vəzifələrə təyin edilərək Azərbaycan Hərbi Hava Qüvvələrinin inkişaf etməsində müstəsna xidmətlər göstərib. Ölkənin hərbi pilotlarının yetişməsində ən çox zəhməti olan zabitlərdən biridir.

Qəhrəmanımız söhbət zamanı 44 günlük vətən müharibəsində dəqiq avia zərbələrin endirilməsinə görə Türkiyə-Azəbaycan arasında keçirilən birgə təlimlərə borclu olduğunu bildirir:

“Əlbəttə Sovet və Rusiya istehsalı olan döyüş təyyarələri ilə uzaq məsafələrdən nöqtə atışları həyata keçirmək demək olar ki, mümkün deyil. Və yaxud da çox çətindir. Ancaq Azərbaycan pilotlarının qardaş Türkiyə hərbi hava qüvvələrinin pilotları ilə birgə təlim keçməsi bunu mümkün etdi. Məsələn, bizim döyüş təyyarələrimiz müasir raket və avia bombaların istifadəsinin sirlərinə yiyələndi. Bu isə Vətən müharibəsində uğurla tətbiq edildi. Yenə deyirəm, azərbaycanlı pilotların hazırlıq səviyyəsi tam qaydasındadır. Ancaq bəzi şeylər var ki, onu mütəmadi olaraq öyrənməli, sınaqdan keçirməlisən” deyə o, diqqətə çatdırıb.

Aktivində 2500 saatdan çox döyüş uçuşu olan pilotumuzun gələçəkdə Azərbaycan silahlı qüvvələrinin arsenalında müasir döyüş təyyarələrini görmək arzusundadır.

Xatırladaq ki, polkovnik Faiq Əliyev ordu sıralarından ehtiyata buraxılıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO