Gəncədə saxta pul hazırlayan şəxslər tutuldu - FOTO

Gəncədə saxta pul hazırlayan şəxslər tutuldu - FOTO

Hazırda oxunan: Gəncədə saxta pul hazırlayan şəxslər tutuldu - FOTO

8096

Yanvar ayının 9-da Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinə (RPİ) şəhər ərazisində fəaliyyət göstərən mağazalardan birinə saxta əsginas verilməsi ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, RPİ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginas dövriyyə buraxmaqda şübhəli bilinən Samux rayon Çobanabdallı kənd sakinləri əvvəllər məhkum olunmuş, Elvin Məmmədov, Tofiq Məhərrəmov, Orxan Bağırov və pulları hazırlayan Gəncə şəhər sakini Vasif  Tağızadə saxlanılıb.

Aparılan istintaq-əməliyyat tədbirləri zamanı V. Tağızadənin kirayə götürdüyü mənzilə baxış keçirilib və oradan saxta pul hazırlayan çap vasitələri, 100 və 50 manatlıq saxta əsginaslar götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO