Bayden:

Bayden: "Dünyada yeni pandemiya başlayacaq" - VİDEO

Hazırda oxunan: Bayden: "Dünyada yeni pandemiya başlayacaq" - VİDEO

80390

"Dünyada yeni pandemiya başlayacaq".

Bizim.Media xəbər verir ki, bu sensasion açıqlamanı ABŞ prezidenti Co Bayden iyunun 21-də 5 yaşınadək uşaqlar üçün COVID-19 peyvəndi ilə bağlı müraciətində verib.

O, jurnalistin “Uşaqlar üçün peyvənd ehtiyatı nə qədərdir, əlavə maliyyə ayrılanadək  neçə uşağa peyvənd vurula bilər?” sualına “Daha çox pul lazımdır” cavabını verib.

“Bizə təkcə uşaqların peyvəndi üçün pul lazım deyil, ikinci pandemiyaya hazırlıq ərəfəsində də maliyyəyə ehtiyacımız var. Təkrar edirəm, daha bir pandemiya olacaq, bu haqda qabaqcadan düşünməliyik” deyə Bayden qeyd edib. 

Ağ Evin sahibi bunun necə pandemiya olacağı və dəqiq nə vaxt başlayacağı ilə bağlı əlavə şərh verməyib.

Xatırladaq ki, doktor Fauci hələ 2017-ci ildə, Trampın prezidentliyi dövründə COVID-19 pandemiyasının olacağı ilə bağlı dəqiq proqnoz vermişdi.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO