Britaniya Baş Qərargah rəisi: Qoşunlarımız yenidən Avropada döyüşə hazır olmalıdır

Britaniya Baş Qərargah rəisi: Qoşunlarımız yenidən Avropada döyüşə hazır olmalıdır

Hazırda oxunan: Britaniya Baş Qərargah rəisi: Qoşunlarımız yenidən Avropada döyüşə hazır olmalıdır

79998

Britaniya Baş Qərargahının yeni rəisi, general Patrik Sanders deyib ki, Britaniya ordusu “yenidən Avropada döyüşə hazır olmalıdır”.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrinform nəşri yayıb.

Mənbə yazır ki, bazar ertəsi Baş Qərargah rəisi vəzifəsində Mark Karlton-Smiti əvəz edən general Patrik Sanders hərbçilərə Ukraynadakı müharibə şəraitində qarşılaşdıqları çətinliklər barədə xəbərdarlıq edib.

“Müttəfiqlərimizlə bərabər döyüşə biləcək və döyüşdə Rusiyanı məğlub edə biləcək ordunun yaradılmasına ehtiyac var... Biz ordunu Avropada yenidən döyüşmək üçün hazırlayacaq nəsilik. Mən 1941-ci ildən bəri Avropada kontinental dövlətin iştirak etdiyi quru müharibəsi zamanı orduya komandanlıq edən ilk Baş Qərargah rəisiyəm. Rusiyanın Ukraynaya təcavüzü bizim əsas məqsədimizi müəyyən edir. Böyük Britaniyanı qorumaq, quruda döyüşməyə və müharibələrdə qalib gəlməyə hazır olmaq lazımdır”, - general vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO