Sərbəst güləşçilərimiz Avropa çempionatını 9 medalla başa vurdular - FOTO

Sərbəst güləşçilərimiz Avropa çempionatını 9 medalla başa vurdular - FOTO

Hazırda oxunan: Sərbəst güləşçilərimiz Avropa çempionatını 9 medalla başa vurdular - FOTO

79987

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında sərbəst güləşçilər daha 4 medal qazanıblar.

Bizim.Media xəbər verir ki, yarışın sonuncu günündə Sadiq Hüseynov (45 kq) finalda gürcüstanlı Nikolos Botçorişviliyə tam üstünlüklə (10:0) qalib gələrək qitə çempionu olub.

Elman Ağayev (51 kq) isə həlledici görüşdə erməni Narek Hakobyanı 6:0 hesabı ilə üstələyərək Avropa çempionatının baş mükafatına yiyələnib.

Finalda türkiyəli Abdullah Topraka (0:4) məğlub olan Ağa Qasımov (60 kq) komandanın hesabına gümüş medal yazdırıb.

Ağanəzər Novruzov isə bürünc medal uğrunda gərgin mübarizə şəraitində keçən qarşılaşmada erməni Razmik Yepremyana minimal fərqlə (6:5) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Bununla da milli komandanın medallarının sayı 9-a çatıb. Yığmamız Avropa çempionatını 6 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO