Tehranda SEPAH-ın ballistik raket hazırlayan hərbi bazasına DRONLA zərbə endirildi

Tehranda SEPAH-ın ballistik raket hazırlayan hərbi bazasına DRONLA zərbə endirildi

Hazırda oxunan: Tehranda SEPAH-ın ballistik raket hazırlayan hərbi bazasına DRONLA zərbə endirildi

79914

Tehranın qərbində yerləşən və SEPAH-a məxsus "Şəhid Hemmət" hərbi bazası hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Küveytin "Əl-Qəbəs" qəzeti öz mənbələrinə istinadən yayıb.

Hücumun hədəfinin ballistik və uzaqmənzilli raketlərin layihələndirilməsi və istehsalı ilə məşğul olan tədqiqat mərkəzlərinin olduğu bildirilir.

Mənbə güman edir ki, bu hücum İran ərazisindən və adıçəkilən bazadan 10 km məsafədən qalxan dronlar vasitəsilə həyata keçirilib.

İranın təhlükəsizlik və hərbi orqanlarında çalışan ekspertlər hesab edirlər ki, qeyd edilən dronlar bu məqsədlə hissələrlə gizli şəkildə xaricdən gətirilib və ölkədə yığılıb.

Bilgili qaynaqların sözlərinə görə, bu yaxınlarda həmin hərbi bazada ballistik raketlərin mühərriki sınaqdan keçirilib.

Məlumatlı mənbə habelə bildirir ki, hücumdan sonra şənbə günü İranın müdafiə naziri Məhəmməd Aştitani ciddi təhlükəsizlik tədbirləri altında sözügedən bazaya baş çəkib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO