Hacıbaba Bağırovun həyat yoldaşından ETİRAF:

Hacıbaba Bağırovun həyat yoldaşından ETİRAF: "Hər şeydən yorulmuşam" – VİDEO

Hazırda oxunan: Hacıbaba Bağırovun həyat yoldaşından ETİRAF: "Hər şeydən yorulmuşam" – VİDEO

79837

"Həyat yoldaşım Hacıbaba Bağırov məndən əvvəl iki dəfə evli olub. Onun ikinci xanımından olan övladı Lalə dünyasını dəyişib. Hacıbabanın ilk övladı 17 yaşında olub. Onun adı Aleksandrdır. Saşa ilə indiyə kimi əlaqə saxlayıram. Onun yaşla əlaqədar səhhətində problemləri var. Hazırda onun 73 yaşı var. Onun ailəsi dağılıb".  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Hacıbaba Bağırovun həyat yoldaşı Arzu xanım qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.  

Görkəmli aktyorun 90 illik yubileyini canlı efirdə qeyd edən Bağırovun xanımı Arzu həyat yoldaşının şəxsi həyatı ilə bağlı sirlərin üstünü açıb.

Verilişin aparıcısı Zaur Baxşəliyevin "Saşanın anası ilə Hacıbaba müəllim evlənmişdi?" sualına Arzu xanım belə cavab verib: 

"Qeyri-rəsmi nikahda olublar. Anası rus idi. O da dünyasını dəyişib. Öz dilində də Allah ona rəhmət eləsin. Saşanın həyat yoldaşı ilə hər gün telefonla danışıram. Onunla bir-neçə dəfə əlaqə saxlayıram".  
Verilişin gedişatında Arzu xanım Z.Baxşəliyev "Dolanışığınız necədir?" sözlərinə reaksiyası belə olub:

"Anamın səhhətində ciddi problemlər yaranmışdı. Onkoloji xəstəliyə qalib gəldik. Sevmirəm dolanışıq haqda danışmağı. Mən azla qanə olan insanam. Səhər yuxudan dururam. Anam mənimlə səhər birlikdə oyanırsa, səhərimiz bir yerdə açılırsa, qızım Şölə sağ-salamatdırsa, anam sağdırsa, yeməyə bir şey varsa, heç kimə borcum yoxdursa - mən xoşbəxtəm. Bu şeylər məni xoşbəxt edir".  

Hacıbaba Bağırovun xanımı Arzu daha sonra mövzu ətrafında fikirlərini belə davm edib: 

"Həyatda hər şeyi əldə etmək olmaz. Sahib olduqlarımı özümə yetərli sayıram. Nəyinsə arxasıyca qaçıb, əldə etməyə çalışmıram. Bugünkü gün artıq hər şeydən yorulmuşam. Ona görə heç nə əldə etmək istəmirəm. Allahımdan bir arzum var - sağlıq versin, imkan versin, sağ canla yaşayım. Mənim anamdan və bir qızımdan başqa heç kimim yoxdur. Yalnız qızımın xoş günü və anamın varlığı məni xoşbəxt edə bilər. Bundan başqa həyatımda məni heçnə sevindirə və təəccübləndirə bilməz".  

Rəşad Əliyev, Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO