Cəbrayılda mina partlaması nəticəsində daha bir neçə nəfər yaralanıb - YENİLƏNİB 

Cəbrayılda mina partlaması nəticəsində daha bir neçə nəfər yaralanıb - YENİLƏNİB 

Hazırda oxunan: Cəbrayılda mina partlaması nəticəsində daha bir neçə nəfər yaralanıb - YENİLƏNİB 

79638

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində mina partlayışı nəticəsində daha bir neçə nəfər xəsarət alıb. 

Bizim.Media xəbər verir ki, onların da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları olduğu bildirilir.

Xəsarət alan Mahir Mustafayev, Samir Gözəlov xəstəxanaya yerləşdirilib. Onların xəsarətlərinin yüngül olduğu bildirilir. 

*** 10.41

Prokurorluq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşının minaya düşməsi barədə məlumat yayıb.

Cəbrayıl rayon prokurorluğundan Bizim.Media-ya verilən xəbərə görə, iyunun 17-si saat 09 radələrində ANAMA əməkdaşı, 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

***

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb. 

Bu barədə Bizim.Media-ya agentlikdən bildirilib. 

Hadisə iyunun 17-də işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində qeydə alınıb. ANAMA əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. 

"Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək", - ANAMA-dan bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO