Conni Deppin keçmiş arvadının ETİRAFI: “Onu sevirəm” - VİDEO

Conni Deppin keçmiş arvadının ETİRAFI: “Onu sevirəm” - VİDEO

Hazırda oxunan: Conni Deppin keçmiş arvadının ETİRAFI: “Onu sevirəm” - VİDEO

79507

Keçmiş həyat yoldaşı, dünya şöhrətli aktyor Conni Deppə məhkəmədə uduzan Ember Herd “NBC” telekanalına müsahibəsində ona sevgisini etiraf edib.  

Bizim.Media xəbər verir ki, keçmiş ərinin böhtan iddiası qazanmasından sonra aktrisa açıqlaması ilə sükutu pozub. 

“Mənim ona (Deppə) qarşı qətiyyən pis niyyətim yoxdur. Mən onu bütün qəlbimlə sevirəm. Münasibətləri bərpa etmək üçün əlimdən gələni etdim, amma bacarmadım” – deyə Heard qeyd edib.  
Aktrisa əlavə edib ki, özünü “mükəmməl qurban” hesab etmir. Lakin Herd tarixin təkrarlanacağından və Conninin yenidən məhkəməyə müraciət edəcəyindən qorduğunu dilə gətirib. 

“Mən ifadə verdim, heç də yaxşı, xoş və ya ideal qurban deyiləm. Münsiflərdən məni bir insan kimi görmələrini xahiş etdim və görünür, onları inandıra bildim”. 

Müsahibəsində Ember Herd bu işə qərar verən hakimləri tam başa düşdüyünü etiraf edib. Aktrisa bir neçə dəfə müsahibə zamanı istiyə dözə bilməyib və göz yaşı töküb.

Qeyd edək ki, qalmaqallı şəkildə boşanan aktyor Conni Depp ilə Ember Herd bir-birlərini qarşılıqlı olaraq məhkəməyə veriblər.

Əvvəlcə Depp böhtan ittihamı ilə 50 milyon təzminat tələb edib. Ember isə qarşılığında keçmiş ərinə 100 milyon dollarlıq təzminat davası açıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO