İsveç Türkiyə qarşısında şərt qoydu: “Əgər bunu etsələr…”

İsveç Türkiyə qarşısında şərt qoydu: “Əgər bunu etsələr…”

Hazırda oxunan: İsveç Türkiyə qarşısında şərt qoydu: “Əgər bunu etsələr…”

79070

İsveç hakimiyyəti NATO-ya maneəsiz daxil olmaq müqabilində Türkiyəyə qarşı silah embarqosunu ləğv edə bilər. 

Bizim.Media Euronews telekanalına istinadən xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Ann Linde deyib.

O, qeyd edib ki, İsveç "dünyada ən sərt silah ixracı qaydalarına malikdir". Bununla belə, ölkə NATO-ya daxil olarsa, təhlükəsizlik və müdafiə siyasətinin müəyyən məqamlarına yenidən baxmağa hazırdır.
Diplomat həmçinin vurğulayıb ki, Stokholm “terror təşkilatlarına silah vermir” və Türkiyə də daxil olmaqla alyansın təhlükəsizliyi üçün hər şeyi etmək niyyətindədir.

Qeyd edək ki, bundan əvvəl Türkiyə hakimiyyəti İsveç və Finlandiya qarşısında NATO-ya üzv olmaqları ilə bağlı bir neçə şərt irəli sürmüşdü. 

Rəsmi Ankara bildirmişdi ki, əgər bunlar yerinə yetiriləcəksə, Skandinaviya ölkələrinə olan münasibətə yenidən baxacaq.

Türkiyə mətbuatı isə yazır ki, hər iki ölkə terror təşkilatlarına qarşı mübarizədə Türkiyəyə dəstəyini bəyan etməlidir.
Həmçinin müvafiq qanunvericilik aktları qəbul etməli, PKK ilə əlaqəli bütün təşkilatların aktivlərini və media resurslarını bağlamalı, yenidən açılmasının qarşısını almalıdır. 

Türkiyə hakimiyyəti eyni zamanda İsveç və Finlandiyadan terrorçularla əlaqəsi olan şəxslərin təhvil verilməsini, müdafiə sənayesi məhsullarına qoyulan embarqonun aradan qaldırılmasını və terrorla mübarizədə kəşfiyyat orqanları arasında əməkdaşlığın qurulmasını tələb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO