“Azərbaycanda albinizmdən əziyyət çəkənlərin statistikası aparılmır”.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti dermatoveneroloq Vahid Mahmudov deyib.
O qeyd edib ki, albinizm irsi xəstəlikdir:
“Təxminən 17 min nəfərdən biri məhz bu nadir rast gəlinən xəstəliklə dünyaya göz açır. Albinos insanların dərisi ultra bənövşəyi şüalara qarşı həssas olduğundan onlarda dəri yanıqları və xərçəngə yoluxma riski yüksək olur. Belə insanların ailə qurmasında heç bir problem görmürəm”.
Nazirlik rəsmisi bildirib ki, patologiyanı hamiləlik vaxtı aşkara çıxarmaq mümkün deyil:
“Ancaq ailədə albinizm olan biri varsa, valideynlərin birinin geni vasitəsilə hamiləlik vaxtı testin aparılması mümkün ola bilər. Əgər evli cütlüklərin biri albinizm daşıyıcı olarsa, uşağın albinos olması ehtimalı 25 %-dir”.
Bizim.Media
- A-
- A
- A+
COP29
15:45 / 13.06.2022
Azərbaycanda bu xəstələrin statistikası aparılmır
Hazırda oxunan: Azərbaycanda bu xəstələrin statistikası aparılmır
Hazırda oxunan: Azərbaycanda bu xəstələrin statistikası aparılmır
79048
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.