Aynur Dadaşova beş ildən sonra oğluna qovuşdu - VİDEO 

Aynur Dadaşova beş ildən sonra oğluna qovuşdu - VİDEO 

Hazırda oxunan: Aynur Dadaşova beş ildən sonra oğluna qovuşdu - VİDEO 

78985

“Həyatımda elə məqamlar oldu ki, cavan bacımı, daha sonra atamı itirdim. Beş il övladımın nə səsini eşitdim, nə də ki üzünü gördüm. Çox səbrli insanam. Bəlkə də varım, dövlətim - hər şeyim səbrimdir. Hər zaman Allaha sığınmışam. Çörəyimi də, işimi də, tamaşaçı sevgisini də Allahdan istəyirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda deyib.  

Beş il ayrılıqdan sonra oğlu Elşada qovuşduğu üçün sənətçi canlı efirdə kövrəlib.  

“Həmkarlarım arasında kiminsə övladla bağlı problemini görəndə içimdə bir başqa ab-hava olur (ağlayır). Artıq oğlum yanımdadır. Övladlarımla gündəmə gəlmək istəmirəm. Belə reklama ehtiyacım yoxdur. Səbr etdim və oğluma qovuşdum. Qızım Nuray, oğlum Elşad yanımdadır.
Oğlum yanımda olmayanda mayın beşi qızımla bərabər onun üçün aldığım tortu kəsdim. Bütün yaxın qohumlarımla onun doğum gününü qeyd etdik. Tortu kəsib “Instagram” səhifəmdə paylaşdım. O da görsün deyə”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO