“Düşmən silahlarını yerə qoyub qaçmışdı”

“Düşmən silahlarını yerə qoyub qaçmışdı”

Hazırda oxunan: “Düşmən silahlarını yerə qoyub qaçmışdı”

Özət:
  • “Düşmən silahlarını yerə qoyub qaçmışdı”
789

“Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik”. Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində səsləndirib.

Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdır deyən dövlət başçısı ermənilərin hərbi cinayətlərini qınadı: “Baxmayaraq ki, namərd, xain, alçaq düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur, bugünkü atəş nəticəsində azyaşlı uşaqlar da həlak olub, mən bir daha demək istəyirəm ki, biz qisasımızı mülki vətəndaşlardan almamalıyıq. Biz döyüş meydanında qisasımızı alırıq, alacağıq, şəhidlərimizin, həlak olanların qanı yerdə qalmır və qalmayacaqdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO