Xarkov məktəblilərinin

Xarkov məktəblilərinin "Son zəng"i - Xarabalıqlar üzərində vals oynadılar - FOTO

Hazırda oxunan: Xarkov məktəblilərinin "Son zəng"i - Xarabalıqlar üzərində vals oynadılar - FOTO

78451

Gəncliyin arzularını, sevincini əlindən alan amansız müharibə.

Xarkov şəhərində bir qrup məzun təhsil aldıqları 134 nömrəli məktəbin dağıntıları üzərində vals oynayıb.

Bizim.Media xəbər verir ki, şəhərin digər orta məktəblərinin məzunları da həmin buraxılış mərasiminə qatılıblar. 

Məzunlar mərasimin keçirildiyi dağılmış məktəb binasında toplaşıblar.

Onlar dağıntılar üzərində yaşadıqları müharibənin acılarının simvolu olaraq, qara libasda rəqs ediblər. 

Mərasimdə kövrək anlar yaşanıb. Gənclər amansız müharibənin onların həyatına, arzularına vurduğu yaraları ifadə edən görüntülər sərgiləyib. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO