“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının ciddi şəkildə icra olunması vacibdir. Bu, ümumi fikrimizdir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya XİN rəhbəri: “Sülh sazişi Azərbaycanın təqdim etdiyi təkliflərə söykənir”
O qeyd edib ki, erməni həmkarı ilə görüşdə Rusiyanın məşvərətçi yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı komissiyanın işi mövzusuna baxılıb:
“Biz Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasına yardım etməyə hazır olduğumuzu təsdiqlədik”.
Bizim.Media