Lavrov Ankaradan İrəvana gəldi - VİDEO

Lavrov Ankaradan İrəvana gəldi - VİDEO

Hazırda oxunan: Lavrov Ankaradan İrəvana gəldi - VİDEO

78306

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın paytaxtı İrəvan şəhərinə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Lavrovun İrəvanda Ermənistan rəhbərliyi ilə Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci il, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli sazişlərin icrası ilə bağlı ətraflı fikir mübadiləsi aparılacaq.  

İyunun 10-da Sergey Lavrov İrəvanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyi Rusiya XİN rəhbərinin İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla görüşəcəyini bildirib.

İyunun 9-da o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Görüşdən sonra iki ölkənin xarici işlər nazirləri mətbuat konfransı keçirəcəklər.

Xatırladaq ki, Lavrov Türkiyənin paytaxtı Ankara şəhərində rəsmi səfərdə olub və türkiyəli həmkarı Mövlud Çavuşoğlu görüşüb, sonda isə birgə mətbuat konfransı keçirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO