Kriştiano Ronaldo mövsümün ən yaxşısı seçildi

Kriştiano Ronaldo mövsümün ən yaxşısı seçildi

Hazırda oxunan: Kriştiano Ronaldo mövsümün ən yaxşısı seçildi

77710

“Mançester Yunayted” klubunda 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Kriştiano Ronaldo mövsümün ən yaxşısı seçilib.

Otuz yeddi yaşlı hücumçu azarkeşlərin səsverməsi ilə mövsümün ən yaxşısı adına layiq görülüb. O, “Mett Basbi” kubokunu alıb.

Kriştiano Ronaldo karyerasında 4-cü dəfə bu mükafatı qazanıb ki, bu da qapıçı David De Xea ilə birgə rekorddur.

Portuqaliyalı futbolçu 2003/2004-cü, 2006/2007-ci və 2007/2008-ci il mövsümlərində "Mançester Yunayted"də ilin oyunçusu mükafatını alıb.

Qeyd edək ki, Kriştiano Ronaldo geridə qalan mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 38 matçda 24 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO