Şəkidə ərə verilən 16 yaşlı qızın toyunun QARŞISI ALINDI - RƏSMİ 

Şəkidə ərə verilən 16 yaşlı qızın toyunun QARŞISI ALINDI - RƏSMİ 

Hazırda oxunan: Şəkidə ərə verilən 16 yaşlı qızın toyunun QARŞISI ALINDI - RƏSMİ 

77685

Şəkinin Kiçik Dəhnə kəndində 16 yaşlı qızın zorla ərə verilməsini xəbər vermişdik. Azyaşlı Zeynəb Umar qızı Məmmədova ilə aprel ayında hərbi xidmətini başa vurmuş kənd sakini Sərxan Rüstəmovun bu gün toy mərasimi baş tutmalı idi. 

Şəki Şəhər Polis Şöbəsinin müdaxiləsi ilə toy mərasiminin qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məluat verib. Onun sözlərinə görə tərəflərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və polisin də müdaxiləsi ilə mərasimin keçirilməsinin qarşısı alınıb:
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün 16 yaşlı qız zorla EVLƏNDİRİLİR – Şəki polisi və icra hakimiyyəti toya müdaxilə edə BİLMİR - ÖZƏL


“Hazırda həmin faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır”, - deyə Mahir Mənsimov qeyd edib.

Xatırladaq ki, ərə verilən Zeynəb Məmmədova Kiçik Dəhnə kənd 2 saylı orta məktəbin 10-cu sinfində təhsil alır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO