“Moskvada konkret nəticə əldə olunmayıb” – Fərid Şəfiyev

“Moskvada konkret nəticə əldə olunmayıb” – Fərid Şəfiyev

Hazırda oxunan: “Moskvada konkret nəticə əldə olunmayıb” – Fərid Şəfiyev

77675

“Ciddi nəticə əldə etmək üçün 5-6, bəlkə də daha çox görüş lazım olacaq”. 

Bunu Bizim.Media-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev dünən Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri-Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryanın birgə sədrliyilə keçirilən üçtərəfli işçi qrupunun görüşünü şərh edərkən deyib:

“Kommisiyaların işi başlayıb. Bu ikinci görüşdür. Gözlənti baxımından bu, uzun prosesdir. Təcrübəyə baxsaq, Rusiya ilə sərhədlərin müəyyən edilməsi prosesini 2010-ci ildə başa vurduq, proses 15 il davam edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Brüssel və Moskvanın vasitəçilik rəqabəti sülh prosesinə mənfi təsir göstərir” – ŞƏRH


Gürcüstanla isə hələ də sərhədin 30 faizi müəyyən olunmayıb. Ona görə bu da gözlənti baxımından uzun proses olacaq. Lakin ölkəmiz üçün ilkin mərhələdə müəyyən prinsiplərlə bağlı razılığa gəlmək, xəritələr haqqında fikir mübadiləsi aparmaq və nəticə olaraq müəyyən bir xəritəni təsdiqləmək önəmlidir. Anklavlar haqqında da müvafiq qərarlar var. Təbii ki, onlar da müəyyən olunacaq. Sənədləşmə aparılmalıdır”. 

Həmsöhbətimiz deyir ki, belə təmaslar mütəmadi olmalıdır:

“İş davam etməlidir. Birinci mərhələdə müəyyən prinsiplər müəyyən ediləcək. Sonda isə onun əsasında sərhədlərin delimitasiya və demarkasiyası yerində həyata keçiriləcək. Düzdür, Moskvada konkret nəticə əld olunmayıb. Bunun üçün 5-6, bəlkə də daha çox görüş lazım olacaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO