Türkiyədə iqtidarda olan AK Partinin (Ağ Partiya)sözçüsü Ömər Çelik prezident Rəcəb Tayyib Ərdoğanı və Türkiyəni hədəf alan Yunanıstan baş naziri Kriakos Miçotakisə sərt reaksiya verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Twitter” hesabında yazan Çelik Yunanıstanın Türkiyəni hədəf alan bəyanatların qəbuledilməz olduğunu bildirib.
Onun sözlərinə görə, bu təhqiramiz təbliğatlatla heç bir nəticə əldə etmək mümkün deyil:
“Yunanıstan hökuməti Türkiyədən şikayət edən digər ölkələrə ərizə yazmaqla problemləri həll edə bilməz. Türkiyənin “mavi vətənimiz”dəki fəaliyyəti bizim suveren hüquqlarımıza və qanunlarımıza əsaslanır. Yunanıstan bizim hüquq və maraqlarımıza qarşı diqqətlə düşünərək davranmalıdır. Digər ölkələrin ifrat bəyanatları bizim suverenliyimiz və qanun qarşısında heç bir məna kəsb etmir”.
Ak Parti sözçüsü açıqlamasında digər ölkələrin Yunanıstanı Türkiyə ilə qarşıdurmaya cəlb etməsinə də diqqət çəkib:
“Yunanıstan verdiyi dəstəyin müqabilində digər ölkələrin nə gözlədiyini dəyərləndirməlidir. Anlamalıdır ki, ən etibarlı yol Türkiyə ilə masa arxasında problemləri həll etməkdir. Yunanıstan adaların silahlanması ilə qeyri-qanuni yola üstünlük verir. Bu, çıxılmaz küçədir”.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Region
10:29 / 04.06.2022
AK Partidən Yunanıstana CAVAB – “Şikayətlərlə problemləri həll edə bilməzsiniz”
Hazırda oxunan: AK Partidən Yunanıstana CAVAB – “Şikayətlərlə problemləri həll edə bilməzsiniz”
Hazırda oxunan: AK Partidən Yunanıstana CAVAB – “Şikayətlərlə problemləri həll edə bilməzsiniz”
77639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.