Təhsil naziri Emin Əmrullayev 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları Şuşadan təbrik edib.
Bizim.Media nazirin təbrikinin mətnini təqdim edir:
“İlk növbətə bütün Azərbaycan uşaqlarını təbrik edirəm. Bu gün Şuşada olmaqdan, Azərbaycanın ən istedadlı uşaqları ilə birlikdə bu günü qeyd etməkdən çox qürur duyuruq.
Eyni zamanda ətrafımda olan və igid oğulların bizə yadigar qoyduğu şəhid övladları ilə qürur duyuram. İstərdim ki, hər bir uşağın üzü gülər, gələcəyi xoşbəxt olsun. İnanıram ki, uşaqlar Azərbaycanın gələcəyidir və gələcəyimiz daha uğurlu olacaq. Bu istedadlı uşaqlar Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edəcəklər. Qarabağ Azərbaycandır!”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:17 / 01.06.2022
Təhsil naziri Şuşadan uşaqları təbrik etdi
Hazırda oxunan: Təhsil naziri Şuşadan uşaqları təbrik etdi
Hazırda oxunan: Təhsil naziri Şuşadan uşaqları təbrik etdi
77183
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.